“Metropark” ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı məlumat yayılıb.
Lent.az xəbər verir ki, məlumatla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən ticarət mərkəzində əməliyyat-axtarış tədbirləri keçirilib.
Mərkəzdə olanlar təxliyə olunub, bina yoxlanıb, lakin heç bir partlayıcı aşkarlanmayıb.
Polis yanlış məlumat verən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat təsdiq olunub.
Hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək.