Bakıda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Nəsimi küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, paytaxt sakini 1978-ci il təvəllüdlü Abdullayev Fədail Vaqif oğlu xuliqanlıq zəminində tanışı 1997-ci il təvəllüdlü Hacıyev Cəfər Elman oğlunun döş nahiyəsini və qarın boşluğuna kəsici alətlə zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən Fədail Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.