Bakı metrosunda FACİƏ:  qatarın altına düşən sərnişin ÖLDÜ - YENİLƏNİB
08 yanvar 2026 12:28 (UTC +04:00)

Bakı metrosunda FACİƏ: qatarın altına düşən sərnişin ÖLDÜ - YENİLƏNİB

2

Bakı metrosunda ölən şəxsin adı məlum olub.

Lent.az xəbər verir ki, Nərimanov stansiyasında qatarın altına düşərək ölən şəxsin Babək rayon sakini, 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olması müəyyən edilib. 

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

***

7 yanvar, saat 20:35

Bu gün saat 20:00 radələrində metronun “Nərimanov” stansiyasında sərnişin qatar relsinə düşüb.

Lent.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin Mətbuat xdməti məlumat yayıb.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

Bütün səylərə baxmayaraq ərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 4194

Oxşar yazılar