İranda kütləvi etirazlar:  45 nəfər ölü, 2000-dən çox saxlanılan var-YENİLƏNİB
09 yanvar 2026 01:03 (UTC +04:00)

İranda kütləvi etirazlar: 45 nəfər ölü, 2000-dən çox saxlanılan var-YENİLƏNİB

0

İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları davam edir.

Lent.az İran KİV-ə istinadən xəbər verir ki, Tehranda yarım milyonadək etirazçı küçələrə çıxıb, paytaxtda atışma səsləri eşidilir, ölkə üzrə isə minlərlə saxlanılan var.

Aksiyalar respublikanın 31 vilayətinin ən azı 340 yaşayış məntəqəsində keçirilir. Ölkə üzrə saxlanılanların sayı 2000-i ötüb. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar qeydə alınıb, mülki şəxslərə qarşı döyüş sursatı və gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.

İlkin məlumatlara görə, hadisələr nəticəsində 45 nəfər ölüb. Ölənlər arasında dörd azyaşlı və iki polis əməkdaşı var.

Məlumata əsasən, Fərruxşəhr şəhərində aksiya iştirakçıları İslam seminariyasını yandırıb, Qorqan şəhərində isə qubernatorun ofisinə od vurulub. Bundan başqa, mağazaların vitrinləri, avtomobillər və İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində fəaliyyət göstərən Bəsic qüvvələrinə aid motosikllər yandırılıb.

Hakimiyyət orqanları ölkə üzrə internetə çıxışı demək olar ki, tamamilə məhdudlaşdırıb. IPv6 bağlantısı da dayandırılıb, mobil rabitənin işləmədiyi bildirilir.

Hadisələr fonunda ABŞ Prezidenti Donald Tramp İran hakimiyyəti etiraz aksiyalarının iştirakçılarını öldürməyə başlayacağı təqdirdə Vaşinqtonun Tehrana qarşı sərt zərbə endirəcəyini bəyan edib.

Qey edək ki, İranda etirazların əsas səbəbi milli valyuta olan rialın kəskin dəyər itirməsidir. Məlumata görə, 2025-ci il ərzində rial dollar qarşısında təxminən yarıbayarı dəyərdən düşüb. Qiymətlərin artması fonunda dekabr ayında rəsmi inflyasiya səviyyəsi 42,5 faizə çatıb. İqtisadi böhran şəraitində İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzin istefa verib.


***
23:21

İranın qərbində yerləşən Kermanşah şəhərində baş verən iğtişaşlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbi qulluqçusu öldürülüb.

Lent.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Möhsən Cəmali və Məhəmməd Şeydai etirazçılarla toqquşmalar zamanı öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2112

Oxşar yazılar