Balakəndə Yeni il gecəsi insident  törədənlər HƏBS OLUNDU
08 yanvar 2026 14:57 (UTC +04:00)

Balakəndə Yeni il gecəsi insident törədənlər HƏBS OLUNDU

0

Balakən rayonunda Yeni il gecəsi insident törədənlər həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Bayraq meydanı yaxınlığında qeydə alınıb.

Rayon sakini olan 30 yaşlı Ceyhun Rüstəmov (ad və soyad şərtidir) və dostu 37 yaşlı Əmiraslan Muradov (ad və soyad şərtidir) ayrı-ayrı kafelərdə əvvəlcə araq içiblər. Daha sonra hər ikisi Balakən rayon İcra Hakimiyyətinin təşkil etdiyi atəşfəşanlığa baxmaq üçün inzibati binanın qarşısına gediblər. Burdan sonra isə Əmiraslan Heydər Əliyev prospektində işlətdiyi kafeyə gedib. Kafenin yanında dostu Ceyhunu da görüb. Ceyhun kafenin qapısına yumruq vurub, nəticədə qapının şüşəsi sınıb. Bundan hirslənən Əmiraslanla Ceyhun arasında mübahisə yaranıb. Mübahisə zamanı dostlar bir-birini nalayiq ifadələrlə təhqir ediblər. Ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb irad bildirərək, hər ikisini şöbəyə aparıblar.

Burada onlar barəsində müvafiq maddə ilə inzibati protokol tərtib olunub.

Balakən rayon Məhkəməsinin qərarı ilə Ceyhun Rüstəmov və Əmiraslan Muradov barəsində 8 gün müddətinə inzibati həbs cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1146

Oxşar yazılar