Kürdəmirdə kanalizasiya ilə bağlı problem yaranıb.
Lent.az bildirir ki, APA TV- nin yerli bürosunun xəbərinə görə, rayonun Şəhriyyar küçəsinin sakinləri uzun illərdiki həll edilməyən kanalizasiya problemindən şikayətçidirlər. Onlar deyir ki, rayonda kanalizasiya sistemi qurulanda çox sevindik. Hesab edirdik ki, yaxın vaxtlarda problemimiz həll olar. Antisanitar vəziyyətdən, su heyvanlarının səsindən, evlərə dolan üfunətli kanalizasiya qoxusundan bizimdə canımız qurtarar. Bizdə rahat nəfəs alıb, rahat yaşayarıq. Çox təssif ki, sevincimiz çox çəkmədi. Hansısa səbəbdən kanalizasiya çəkilişi yarımçıq qaldı. Elə o gündəndə hər ay, hər il vəziyyət dahada pisləşir. Qış və payız aylarında həyətlərə, evlərin zirzəmilərinə dolan çirkab sular, yaz və yay aylarında isə əcaib su heyvanların səsi, üfunət iyi və evlərə dolan milçəklər bizləri hətta evlərimizi tərk etməyə belə düşündürür. Yağış yağdıqda uzun müddət su küçədən çəkilmir. Bir neçə gün qısa müddətli yağan yağış suyu hələdə çəkilməyib. Buda insanların gediş- gəlişində çətinlik yaradır.
Məsələyə Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin baş mühəndisi Rəşid Nəsirov münasibət bildirib. O, qeyd edibki adı çəkilən ərazi bizim idarənin balansında deyil.
Görünən odur ki, Kürdəmir sakinləri hələ uzun müddət bu problemlər içində əzab çəkməlidirlər.
Reportajın tamamına videomaterialda baxa bilərsiniz.