Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Lent.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı intellektual idarəetmə mərkəzi məlumat yayıb.
Bununla bağlı mərkəzin əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik edib. Eyni zamanda bütün tablolarda “dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.