Avtomobilin şüşəsi niyə parlanır?  - Qarşısını almaq yolları
12 dekabr 2025 17:31 (UTC +04:00)

Avtomobilin şüşəsi niyə parlanır? - Qarşısını almaq yolları

0

Soyuq aylarda sürücülərin qəza törətməsinə səbəblərdən biri də görüş məsafəsinin məhdudlaşması, ön şüşələrin parlanmasıdır.

Görəsən, bu problem nədən qaynaqlanır və necə həll etmək olar?

Avtomobil ustası Sahil Ağabəyli Lent.az-a bildirib ki, bu hal əsasən iki səbəbdən meydana gəlir:

Avtomobilin içərisində şüşələrin parlanması sürücülər üçün həm narahatlıq yaradır, həm də təhlükəsizlik baxımından ciddi risk hesab olunur. Bu hal əsasən iki əsas səbəbdən meydana çıxır. Birinci səbəb avtomobildə resirkulyasiya (hava dövranı) rejimi ilə bağlıdır. Resirkulyasiya aktiv olduqda çöldən gələn hava avtomobilin salonuna daxil olmur və daxildəki hava dövran edir. Xüsusilə soyuq və yağıntılı havalarda bu vəziyyət salon daxilində rütubətin artmasına və nəticədə şüşələrin parlanmasına səbəb olur. Belə hallarda resirkulyasiya düyməsini söndürmək, yəni çöldən təmiz havanın daxil olmasına imkan verməmək tövsiyə edilir. Əksinə, pis qoxulu ərazilərdən keçərkən resirkulyasiya rejimini aktivləşdirmək daha məqsədəuyğundur ki, çöldən gələn hava avtomobilin içinə dolmasın.

İkinci və daha təhlükəli səbəb isə avtomobilin soba radiatorunda antifriz və ya su sızıntısının olmasıdır. Radiatordan sızan antifriz salon daxilinə yayıldıqda şüşələrdə güclü parlanma yaranır. Antifrizin buxarı həm sürücü, həm də sərnişinlərin bronxları üçün son dərəcə zərərli və zəhərlidir. Belə hal müşahidə edilərsə, avtomobil mütləq texniki baxışdan keçirilməli və problem dərhal aradan qaldırılmalıdır.

Təcrübələr göstərir ki, xanım sürücülərin istifadə etdiyi avtomobillərdə şüşələrin parlanması daha tez-tez müşahidə olunur. Bunun əsas səbəblərindən biri salon daxilində makiyaj ləvazimatları və xüsusilə spirt tərkibli ətirlərin istifadə edilməsidir. Spirt buxarlandıqda hava rütubətini artırır və şüşələrdə tərləmə yaradır. Eyni vəziyyət içkili şəxslərin avtomobilə minməsi zamanı da baş verir.

Bu cür halların qarşısını almaq üçün şüşəni bir qədər açmaq və ya ön şüşəyə sobanın isti havasını yönəltmək kifayət edir. Əks halda, parlanma sürücünün görüntü məsafəsini məhdudlaşdırır və bu da yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar