Bergüzar Koreldən sevgi səhnəsi  soruşuldu: Cavabı səhnənin  özü qədər   sensasiyalıdır - VİDEO
08 yanvar 2026 16:10 (UTC +04:00)

Bergüzar Koreldən sevgi səhnəsi soruşuldu: Cavabı səhnənin özü qədər sensasiyalıdır - VİDEO

1

Türkiyəli aktrisa Bergüzar Korel baş rolunu Timuçin Esen ilə bölüşdüyü və yaxın günlərdə yayımlanacaq “İlk ve son” serialındakı sevişmə səhnələrinin sosial mediada müzakirə mövzusuna çevrilməsinə münasibət bildirib.

Lent.az Türkiyə medasına istinadla xəbər verir ki, aktrisa bu səhnələrlə bağlı ona ünvanlanan sualların film sektorunda hələ də mövcud olan cinsiyyətçi yanaşmanı açıq şəkildə ortaya qoyduğunu deyib.

Korel qeyd edib ki, bu tip suallar, adətən, qadın aktyorlara verilir, kişi aktyorlara isə eyni yanaşma göstərilmir. Onun sözlərinə görə, bu mövzuların hələ də müzakirə olunması təəccüblüdür.

Serialın bir münasibət hekayəsindən bəhs etdiyini vurğulayan Bergüzar Korel, müzakirə yaradan səhnələrin nə şişirdilmiş, nə də məqsədsiz olduğunu bildirib.

Aktrisa həmin epizodların ölçülü şəkildə çəkildiyini və tamamilə süjetə xidmət etdiyini xüsusi olaraq qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1501

Oxşar yazılar