Bakıda şagird özünü məktəbin binasından atıb? - RƏSMİ REAKSİYA
11 aprel 2025 16:24 (UTC +04:00)

Bakıda şagird özünü məktəbin binasından atıb? - RƏSMİ REAKSİYA

Bakının Nizami rayonunda yerləşən 220 nömrəli məktəb-liseyində şagird intihara cəhd edib.

Lent.az "Manset.az"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 

İlkin məlumata görə, şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra intihar məqsədilə bu addımı atıb.

O, ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq xəstəxanaya göndərilib.

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib.

Bakı Şəhər Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, hadisə intihara cəhd deyil:

"220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) II mərtəbənin pəncərəsindən yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır", - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188

Oxşar yazılar