Bakıda restoranda 5000 dollarlıq  OĞURLUQ
13 iyun 2026 11:40 (UTC +04:00)

Bakıda restoranda 5000 dollarlıq OĞURLUQ

0

Bakının Nərimanov rayonunda oğurluq olub.

DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun restoranların birində zərərçəkənin paltar dolabına asdığı gödəkcəsinin cibindən pul vəsaitini taladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar