Bakıda qulluqçu yaşlı qadına  İŞGƏNCƏ   verdi
17 dekabr 2021 12:05 (UTC +04:00)

Bakıda qulluqçu yaşlı qadına İŞGƏNCƏ verdi

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Pirallahı rayonu, Pirallahı qəsəbəsində yaşayan 75 yaşlı ağır xəstə olan Zenfira Musayevaya qulluqçunun zorakılıq etməsi ilə bağlı videogörüntülər və məlumatlar yayılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumatda bildirilib ki, Pirallahı rayon Prokurorluğunda faktla bağlı aparılmış araşdırmalarla ağır xəstə olan Zenfira Musayevanı baxıcısı Sona Axundovanın mütəmadi döyməsi və digər zorakı hərəkətlərlə əzab verilməklə çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Yoxlama zamanı Zenfira Musayevanın qızı Sevinc Quliyeva anasını baxıcının döyməsini təsdiqləyən videogörüntülər də təqdim edilib.

Faktla bağlı Pirallahı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis Şöbəsinə tapşırılıb.

Hazırda istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959
avatar

Mehman Nəbiyev

Oxşar yazılar