Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO
27 iyul 2024 12:28 (UTC +04:00)

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocalara qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı qeyd edilən qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini 46 yaşlı Serqey Karnauxov saxlanılıb.

Müəyyən edilib ki, S.Karnauxov “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu xaricdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq, onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində S.Karnauxov 28.000, 9.000 və 6.000 manat olmaqla ümumilikdə 3 vətəndaşa 43.000 manat maddi ziyan vurub.

Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra “Telegram”da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. S.Karnauxov bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən edilib.

Faktlarla bağlı Sabunçu RPİ-nin 13-cü PŞ-də araşdırmalar davam etdirilir.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696
avatar

Oxşar yazılar