Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
18 dekabr 2024 12:24 (UTC +04:00)

Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü

Bir müddət əvvəl Xaçmazda iki rəfiqənin göbələkdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

Lent.az-ın əldə etdiyi məlumata görə, onlardan Günel Abdullayevanın atası Valeh Əhmədov da 2 gün əvvəl infarktdan dünyasını dəyişib.

Məlumata görə, buna səbəb qızının ölümünə dözə bilməməsi olub.

Qeyd edək ki, hadisə oktyabr ayında Xaçmaz rayonu Seyidli kəndində meşədə baş verib. 47 yaşlı Bayramova İlahə Vilayət qızı rəfiqəsi Abdullayeva Günel Valeh qızı ilə birgə həmin meşədə göbələk yeyiblər. Bundan sonra hər ikisinin vəziyyəti pisləşib və onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra onlar Bakıya Kliniki Tibbi Mərkəzə gətirilərkən İlahə Bayramova yolda ölüb. 38 yaşlı Günel Abdullayeva isə həmin xəstəxanada həkimlərin göstərdiyi səylərə baxmayaraq, keçinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3918

Oxşar yazılar

Sumqayıtda fəhlə uçqunların altında CAN VERDİ  - YENİLƏNİB

Sumqayıtda fəhlə uçqunların altında CAN VERDİ - YENİLƏNİB

22 iyul 2025 , 13:59
İlber Ortaylı qəzaya düşdü

İlber Ortaylı qəzaya düşdü

22 iyul 2025 , 13:58
Gənc hokkeyçi otelin eyvanından yıxılıb öldü

Gənc hokkeyçi otelin eyvanından yıxılıb öldü

22 iyul 2025 , 13:31
Binadan yıxıldı, xəstəxanaya özü getdi

Binadan yıxıldı, xəstəxanaya özü getdi

22 iyul 2025 , 11:49
Rusiyada OMON azərbaycanlı dəstəni  belə saxladı - VİDEO

Rusiyada OMON azərbaycanlı dəstəni belə saxladı - VİDEO

22 iyul 2025 , 10:22
Xırdalanda 29 yaşlı fəhlə faciəvi şəkildə  öldü

Xırdalanda 29 yaşlı fəhlə faciəvi şəkildə öldü

22 iyul 2025 , 09:24
Gəncədə 21 yaşlı gənc bıçaqlandı

Gəncədə 21 yaşlı gənc bıçaqlandı

22 iyul 2025 , 08:08
Göygöldə restoranda iki yeniyetmə döyüldü

Göygöldə restoranda iki yeniyetmə döyüldü

22 iyul 2025 , 08:01