Bakıda təndirxanada ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə səhər saat 6 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib.
Qəsəbə sakini 54 yaşlı Ruqiyyə Allahyar qızı Əskərova işlədiyi təndirxanada infarkt keçirərək dünyasını dəyişib.
Araşdırma aparılır.