Bakıda qadın həbsdə olan qohumuna narkotik gətirdi - FOTO
30 may 2023 11:06 (UTC +04:00)

Bakıda qadın həbsdə olan qohumuna narkotik gətirdi - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rasim Arif oğlu Əsgərova sovqat gətirmiş qohumu Gəncə şəhər sakini Jalə Məhərrəm qızı Kazımovanın əşyalarına və üzərinə baxış keçirilən zaman sellofan paketin alt hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 4,633 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 3,419 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 0,44 qram olan narkotik maddə - marixuana, əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş 2 ədəd tibbi şprisin içərində ümumi çəkisi 0,5 ml olan heroin məhlulu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1956
avatar

Arzu Qurbanlı

Oxşar yazılar