Bakının Nizami rayonunda otellərin birində gecələyən şəxsin 23 000 manat pulu oğurlanıb.
Lent.az xəbər verir ki, bu barədə zərərçəkən ərazi polis orqanına məlumat verib.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlə oğurluq etməkdə şübhəli bilinən 36 yaşlı Azəmət Məmmədov, 31 yaşlı Ülvi İsgəndərov və 37 yaşlı Aqşin Eminov müəyyən edilərək saxlanılıblar.
_1767078347.jpeg)
Saxlanılanların hadisə yerinə gəliş və gedişi ərazidəki kameralar vasitəsilə də lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.