Bakıda "Nissan" piyadanı vuraraq öldürdü - FOTO
11 iyun 2021 02:33 (UTC +04:00)

Bakıda "Nissan" piyadanı vuraraq öldürdü - FOTO

Bakı-Sumqayıt yolunda, paytaxtı Binəqədi rayonunda piyadanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə ekoloji nəzarət postunun yaxınlığında qeydə alınıb.

Təqribən 30-35 yaşlı kişi yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu Bakarov Murad Bakar oğlunun idarə etdiyi "Nissan" markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağll Baş Dövlət Yol Polis idarəsində araşdırma aparılır.

# 1926
avatar

Oxşar yazılar