Bakıda neft şirkətində ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, eyniadlı qəsəbədə yerləşən “Oil” şirkətində qeydə alınıb.
Burada maşınist işləyən paytaxt sakini 61 yaşlı Nuraslan Nəbi oğlu Yusubov iş yerində ölüb. Onun infarkt səbəbilə öldüyü bildirilir.
Araşdırma aparılır.