Səbail rayonu Badamdar qəsəbəsində soyğunçuluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, zərərçəkən Bakı sakini olan bir nəfər xanım yaşadığı evə gedən zaman naməlum şəxsin ona yaxınlaşaraq içərisində mobil telefon və sənədləri olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib.
Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı İmamverdi Axundov saxlanılıb.
O, ifadəsində hadisədən əvvəl narkotik vasitə qəbul etdiyini bildirib.
Faktla bağlı toplanan materiallar istintaqa təqdim olunub, araşdırmalar davam etdirilir. İ.Axundovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına məlumat verə bilərlər.