Bakıda məktəblilər arasında kütləvi dava olub.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin inspektoru polis kapitanı Nurlan Əliyev Lent.az-ın sorğusuna cavabında bildirib ki, Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində bir qrup məktəbli arasında dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
Hazırda araşdırmalar davam etdirilir.