Bakıda bir neçə avtomobilin şüşəsi sındırılaraq qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluq edən saxlanılıb. Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub. Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları, saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib. Hadisələr təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb.
Murad Canizadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur.
Onun ətrafında Nizami rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.