Bakıda market qarət olunub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, oktyabrın 22-də rayon ərazisindəki marketlərin birindən 700 manat dəyərində 30 ədəd spirtli içki oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəfərzadə saxlanılıb.