Bakıda kişi   gözəllik salonundan kosmetik vasitələr  oğurladı - VİDEO
02 oktyabr 2026 12:45 (UTC +04:00)

Bakıda kişi gözəllik salonundan kosmetik vasitələr oğurladı - VİDEO

0

Bakının Nizami rayonunda gözəllik salonu qarət olunub.

Lent.az xəbər verir ki, rayon ərazisindəki salonların birindən 3000 manat dəyərində kosmetik vasitələrin oğurlanması barədə polisə məlumat daxil olub. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Talıbov müəyyən edilərək saxlanılıb.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlə isə rayon ərazisində yerləşən marketlərin birindən ümumi dəyəri 2000 manat olan mobil telefon və velosiped oğurlamaqda şübhəli bilinən S.Bayramov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar