Bakıda evin radiatorlarını  söküb oğurladılar
03 avqust 2024 15:28 (UTC +04:00)

Bakıda evin radiatorlarını söküb oğurladılar

Bakının Suraxanı rayonu ərazisində yerləşən evlərin birindən dəyəri min manat olan su qızdırıcısı və radiatorların oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Oxşar yazılar