Bakıda evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 54 yaşlı Həsənov İlqar Salamat oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.