Bu gün saat 04:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisində yerləşən yaşayış evində yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Yanıq Mərkəzinə hospitalizasiya olunub./APA
***
09:17
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 900kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına, o cümlədən bitişik tikilən evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 320kv.m. sahədə yanıb. 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.