Bakıda DƏHŞƏT:  Yeni evlənən gənc kreditə görə özünü yandırdı - YENİLƏNİB
12 dekabr 2024 18:32 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Yeni evlənən gənc kreditə görə özünü yandırdı - YENİLƏNİB

Bakıda qaynar suda yanaraq öldüyü bildirilən gəncin intihar etdiyi məlum olub. 

Bu barədə Lent.az-a mərhumun ailəsindən bildirilib. 

Qeyd olunub ki, məlum hadisə noyabrın 12-də baş verib. 

Belə ki, 24 yaşlı Şəhriyar Eyvaz oğlu Həsənovun adına qonşusu kredit götürübmüş. Ş.Həsənov bu barədə ailəsinə heçnə deməyib. Kreditin aylıq ödənişi vaxtı çatanda qonşu ödəniş etməyib. Gecikməyə görə Şəhriyar Həsənova zəng gəlib. Bu zaman hadisədən Ş.Həsənovun ailəsi də xəbər tutub. Bundan narahat olan gənc ailəsindən utandığı üçün canına qəsd etməyə qərar verib. 

O, üzərinə benzin tökərək özünü yandırıb. Təcili xəstəxanaya çatdırılsa da Ş.Həsənov bir həftə sonra aldığı yanıq xəsarətlərindən orada ölüb.

Ailəsi onu da bildirib ki, Ş.Həsənov hadisədən bir neçə gün əvvəl ailə həyatı qurubmuş. 

Faktla bağlı Prokurorluqda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 

***

21 noyabr, saat 18:15

Bakıda gənc oğlan faciəvi şəkildə ölüb.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində baş verib.

24 yaşlı Şəhriyar Eyvaz oğlu Həsənov yaşadığı evdə qaynar su aşdığı üçün yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4176
avatar

Oxşar yazılar