Bakıda azyaşlı dəm qazından zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verib.
Belə ki, həmin ərazidəki nömrəsiz fərdi yaşayış evlərin birində 13 yaşlı Fidan Qarayeva hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.