Bakıda "Azəriqaz"  əməkdaşları döyüldü
20 fevral 2024 17:00 (UTC +04:00)

Bakıda "Azəriqaz" əməkdaşları döyüldü

Fevralın 12-də paytaxtın Nəsimi rayonu ərazisində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla qeyd edilən idarənin əməkdaşları Aqşin Muradlı və Ayxan Abazərlinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Nəsimi rayonu, İ.Qasımov küçəsi ünvanında yerləşən mənzillərdə birində təbii qaz sayğacından gələn borulara baxış keçirərkən həmin mənzildə yaşayan Fuad Məmmədovun sonunculara zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Fuad Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında ev dustaqlığı qətimkan tədbiri seçilib.

 Hazırda istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4074
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən çıxdı

Bakıda QƏZA: İşıqfor yerindən çıxdı

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40