Bakıda ambulans qəzaya uğradı, həkim xəsarət aldı - FOTO
18 avqust 2022 03:49 (UTC +04:00)

Bakıda ambulans qəzaya uğradı, həkim xəsarət aldı - FOTO

Bakının Nəsim rayonunda ağır yol qəzası qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Süleyman Rəhimovla Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, dövlət qeydiyyat nişanı olmadan “Khazar” markalı avtomobili idarə edən sürücü işıqforun qırmızı işığında hərəkət edib.

Bu zaman, minik avtomobili kəsişən yolla hərəkət edən ambulansla toqquşub.

Nəticədə təcili tibbi yardım avtomobilində olan həkim xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

# 1224
avatar

Oxşar yazılar