Bakının Suraxanı rayonunda evlər qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Yeni Günəşli qəsəbəsində 8 mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs saxlanılıb. Əməliyyat nəticəsində Şirvan şəhər sakini əvvəllər dəfələrlə məhkum edilmiş Mikayıl Səfərov saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyini etiraf edib.
Faktlarla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Onun paytaxt ərazisində analoji cinayətlər etdiyi istisna olunmur. Mikayıl Səfərovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına məlumat verə bilərlər.
Mikayıl Səfərov