Bakıda 3 polisi bu evdə öldürüblər - CİNAYƏTKARIN FOTOSU  + VİDEO
24 iyun 2024 11:10 (UTC +04:00)

Bakıda 3 polisi bu evdə öldürüblər - CİNAYƏTKARIN FOTOSU + VİDEO

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentdə üç polis əməkdaşını qətlə yetirən 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev axtarışda olub.

Lent.az-ın əməkdaşı hadisə baş verən evə gedib.

Rövşən Allahverdiyevlə bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurmuş.

Həmin şəxsin fotosunu təqdim edirik:

Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən məhv edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Bakıda 3 polisi bu evdə öldürüblər

Bakıda 3 polisi bu evdə öldürüblər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7311
avatar

Fidan İlqar

Oxşar yazılar

Aşura günü qaydaları pozan sərxoş sürücülər tutuldu

Aşura günü qaydaları pozan sərxoş sürücülər tutuldu

21 iyul 2024 , 21:06
Bu ölkədə bir gündə 40 nəfər  suda batdı:   İkisi uşaqdır

Bu ölkədə bir gündə 40 nəfər suda batdı: İkisi uşaqdır

21 iyul 2024 , 19:25
Keçmiş nazir təcridxanada intihara cəhd etdi

Keçmiş nazir təcridxanada intihara cəhd etdi

21 iyul 2024 , 19:13
Bakıda “Abşeron” ticarət mərkəzində yanğın oldu

Bakıda “Abşeron” ticarət mərkəzində yanğın oldu

21 iyul 2024 , 18:46
92 yaşlı kişi faciəli şəkildə öldü

92 yaşlı kişi faciəli şəkildə öldü

21 iyul 2024 , 17:39
Cəlilabadda ev belə kül oldu-FOTO

Cəlilabadda ev belə kül oldu-FOTO

21 iyul 2024 , 17:19
Mənzildə kişi meyiti tapıldı

Mənzildə kişi meyiti tapıldı

21 iyul 2024 , 17:11
Ermənilər Kəlbəcəri atəşə tutdu

Ermənilər Kəlbəcəri atəşə tutdu

21 iyul 2024 , 09:27