Bakıda 18 günlük körpənin qolu sınıb.
Lent.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxt ərazisində baş verib.
Məlumata əsasən, uşağın qolu 5 yaşlı bacısı tərəfindən ehtiyatsızlıqdan sındırılıb. Belə ki, o bilmədən əlindəki telefonu körpənin qoluna vurub və nəticədə uşağın qolu sınıb.
Dərhal körpə valideynləri tərəfindən özəl xəstəxanalardan birinə aparılıb. Müayinəsi davam etdirilir.
Sınıq rentgeni