Bakı və Sumqayıtda 22 minlik oğurluq  edənlər TUTULDU
10 aprel 2025 17:43 (UTC +04:00)

Bakı və Sumqayıtda 22 minlik oğurluq edənlər TUTULDU

Qaradağ rayonu ərazisində bir nəfərə məxsus yardımçı təssərrüfatdan 10800 manat dəyərində naqilin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ş.Mustafayev və 27 yaşlı B.Həsənov müəyyən olunaraq saxlanılıblar. Həmçinin, rayon ərazisində yerləşən bir evin həyətindən 8500 manat dəyərində xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən 54 yaşlı E.İsmayılov və 42 yaşlı F.Köçəriyev də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində yerləşən sexlərin birindən 3500 manat dəyərində kompressoru oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar