Bakı metrosunda cibgirlik edən  gənc qız tutuldu
06 avqust 2024 13:29 (UTC +04:00)

Bakı metrosunda cibgirlik edən gənc qız tutuldu

Bakı metrosunda cibgirlik edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, metronun “20 Yanvar” stansiyasında paytaxt sakininin 350 manat dəyərində mobil telefonu oğurlanıb.

Metropolitendə Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 29 yaşlı Güldanə Məmmədova saxlanılıb.  

Araşdırmalarla onun iyulun 18-də paytaxtın Nizami rayonu ərazisində 3500 manat dəyərində mobil telefon oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Oxşar yazılar