Bakı-Dehli reysində texniki nasazlıq yarandı
13 avqust 2023 08:38 (UTC +04:00)

Bakı-Dehli reysində texniki nasazlıq yarandı

0

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-5001 Bakı-Dehli reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Lent.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Təyyarə yerli vaxtı ilə saat 02:50-də Bakı hava limanına uğurla eniş edib.

Reysin sərnişinləri Dehli şəhərinə digər təyyarə ilə 06:25-də yola düşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2282

Oxşar yazılar