Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikintisinə başlanılıb.
Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni bina Sabunçu rayonunun Zabrat qəsəbəsində, 1 saylı Bakı İstintaq Təcridxanasının (“Kürdəxanı” təcridxanası) yaxınlığında inşa olunur.
Tikinti işlərinə bir neçə gün əvvəl start verilib. Layihəyə əsasən, bina 2027-ci ilin birinci yarısında tam hazır olaraq istifadəyə verilməlidir.