Lerikdə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Burada anbardar işləyən Bağışov Orucəli Hacı oğlu gecə saatlarında xidməti otağında özünü asıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Araşdırma aparılır.