Yardımlı rayonunda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı baş verib.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib.
Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:
"Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Lent.az-a hadisəni təsdiqləyərək bildirilib ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Hadisənin təfərrüatları açıqlanmayıb.