Qazaxda qadın özünə xəsarət yetirib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. 38 yaşlı Ləman Musazadə qolunun kəsilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun kəsici alətlə özünə xəsarət yetirdiyi bildirilir.
Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.