Azərbaycanda oğurluqların azalmasının ŞOK SƏBƏBLƏRİ   - Lent.az ARAŞDIRDI
07 dekabr 2021 11:35 (UTC +04:00)

Azərbaycanda oğurluqların azalmasının ŞOK SƏBƏBLƏRİ - Lent.az ARAŞDIRDI

“Bu ilin yanvar-noyabr aylarında mülkiyyət əleyhinə cinayətlər sırasında oğurluq hadisələri 542 fakt azalıb”.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, mülkiyyət əleyhinə cinayətlər üzrə - xüsusi əmlak üzrə oğurluqları 518, əl çantasından oğurluqlar (cibgirlik) 47, mobil telefon oğurluğu 157, mənzil və şəxsi evlərdən oğurluqlar üzrə 283 fakt azalma müşahidə olunub. 

Nazirlikdən bildirilib ki, bu, ötən illə müqayisədə cinayətlərin ümumi indeksində yaxşıya doğru müsbət dinamikadır. Bu da onu göstərir ki, ölkəmizdə həyata keçirilən effektiv hüquq-mühafizə tədbirləri nəticəsiz qalmayıb.

Cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır. Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib. 

Bu il adamların girov götürülmə faktı qeydə alınmayıb.

Qeyd edək ki, nazirliyin oğurluqların azalması ilə bağlı təqdim etdiyi statistika sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksəriyyət statistikanın əksinə olaraq oğurluq faktlarının azalmadığını dilə gətiriblər.

Lent.az DİN-in yaydığı rəsmi statistika ətrafında araşdırma aparıb. 

Araşdırma zamanı hüquq-mühafizə orqanlarından əldə etdiyimiz faktlar nəticəsində məlum oldu ki, ölkədə oğurluq əməli törədənlərin böyük əksəriyyəti narkotik istifadəçiləridir. Belə ki, onlar narkotik əldə etmək üçün bu kimi cinayətlərə əl atırlar. Oğurluğa görə tutulan şəxslərin əksəriyyəti bu səbəbdən cinayət törətməyə vadar olduqlarını dilə gətirir. Bu ilin əvvəlindən isə respublikada narkotik istifadəçiləri və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daha sərt tədbirlərə start verilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlərin daha da sərtləşməsi nəticəsində yanvar-noyabr ayları ərzində 7397 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bu da oğurluq törədən şəxslərin sayının azalması ilə nəticələnib.  

Onu da qeyd edək ki, nakotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən 2718 nəfəri narkotik satışında, 4210 nəfəri isə narkotiklərdən istifadə etməkdə və saxlamaqda təqsirləndirilirlər. 

Rəsmi məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın daxili işlər orqanları tərəfindən ümumilikdə 3 tona yaxın olmaqla 1 ton 390 kq heroin, 1 ton marixuana və digər narkotik tərkibli maddələr dövriyyədən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23667
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46