Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu amnistiyaya düşən xarici ölkə vətəndaşları ilə əlaqədardır.
“8 Noyabr” münasibətilə qəbul olunan amnistiya aktı həbsdə olan yüzlərlə insana şamil olunub. Onlardan bəziləri tamamilə azadlığa çıxıb, bəzilərinin cəzaları yüngülləşdirilib, bəziləri isə şərti azadlığın məhdudlaşdırılması cəzasından xilas olub.
Görəsən, amnistiya aktı nə qədər xarici ölkə vətəndaşına şamil edilib?
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu il amnistiyaya düşən əcnəbilərin sayını açıqlayıb.
O qeyd edib ki, amnistiya ümumilikdə 16 xarici vətəndaşa tətbiq edilib:
“Onlardan 8-i Gürcüstan, 1-i Rusiya, 2-si Türkiyə, 4-ü İran və 1-i Ukrayna vətəndaşıdır”.