İsmayıllıda torpaq uçqunu olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə rayonun Zərgəran kəndində qeydə alınıb.
Dərhal çağırış ünvanına FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 54 yaşlı Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb.
Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və V. Əliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.