Sabirabadda dəhşətli intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb.
Kənd sakini, 33 yaşlı Samir Quliyev yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb.
Bu zaman onu söndürmək istəyən atası Sabir və qardaşı Sabit də yanıq xəsarətləri alıblar.
Hər 3 yaralı xəstəxanaya yerləşdirilib. Samir Quliyev aldığı yanıq xəsarətindən xəstaxanada ölüb, digərlərinin vəziyyəti isə ağırdır.
Faktla bağlı Sabirabad rayon prokrorluğunda araşdırma aparılır.