Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2021-ci ilin I yarısında respublika ərazisində 6660 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2020-ci ilin I yarımilliyi ilə müqayisədə 1613 hadisə və ya 19% azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər ölüb, 129 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 31 nəfər xilas edilib, 296 nəfər təxliyə olunub.
Baş verən hadisələrdən 43-ü partlayışlarla bağlı olub. Partlayışlar zamanı 4 nəfər həlak olub, 43 nəfər xəsarət alıb.
Yanğın hadisələri zamanı isə 23 nəfər ölüb, 81 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından, xəsarət alanlar üzrə 20 nəfər və ya 33% çoxdur.