Azərbaycanda axtarışda olan cinayətkarın meşədə asılmış meyiti tapıldı
26 sentyabr 2024 11:32 (UTC +04:00)

Azərbaycanda axtarışda olan cinayətkarın meşədə asılmış meyiti tapıldı

Samuxda intihar baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qədili kəndində qeydə alınıb.

Samux şəhər sakini, 47 yaşlı Vüsal Qəzənfər oğlu Əliyev rayonun Qədili kəndi ərazisindəki meşədə özünü asıb. 

Onun asılmış meyitini kənd sakinləri aşkar ediblər.

Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən V.Əliyev cinayət törətdiyi üçün axtarışda olub. 

O, bu ilin avqust ayında Gəncədə tanışı, 34 yaşlı Məmmədova Sevər Novruz qızına dəhrə ilə ağır xəsarət yetirib.

V.Əliyev hadisədən sonra qaçaraq gizlənib. O, törətdiyi cinayətə görə axtarışda imiş.

V.Əliyevin qorxaraq məsuyliyyətdən yayınmaq üçün intihar etdiyi ehtimal edilir. 

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10801

Oxşar yazılar

Bakıda evdən 90 minlik  OĞURLUQ

Bakıda evdən 90 minlik OĞURLUQ

22 aprel 2025 , 15:40
Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38