Şəmkirdə avtomobilin gecə saatlarında vurduğu piyada ölüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, yaralı xəstəxanada dünyasını dəyişib.
***
00.05
Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" yolu keçmək istəyən 38 yaşlı Rəhman Məhərrəmovu vurub. Zərbənin təsirindən piyada qarşıdan gələn avtomobilə çırpılıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.