Azərbaycanda daha bir azyaşlı qızdırma və tənəffüs çatışmazlığından ölüb.
Lent.az xəbər verir ki, hadisə Saatlı rayonu, Dədə Qorqud kəndində qeydə alınıb.
Kənd sakini, 2024-cü il təvəllüdlü Raul Röyal oğlu Gülüşov yaşadığı evdə vəfat edib.
İlkin məlumata görə, körpə qızdırma və tənəffüs çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.