Azərbaycanda deputatlığa keçmiş namizəd barəsində cinayət işi başlanıb.
Lent.az xəbər verir ki, Qusar rayon sakini Kərimxanov Adil Məmmədnəbi oğlu mənimsəmədə təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə ittiham elan olunub.
Hazırda cinayət işinin ibtidai istintaqı yekunlaşaraq rayon məhkəməsinə göndərilib. İş üzrə Qusar rayonu, Xuluq kənd bələdiyyəsi zərərçəkmiş qismində iştirak edir.
Qeyd edək ki, A. Kərimxanov 2020-ci il parlament seçkilərinə 51 saylı Qusar seçki dairəsindən namizəd kimi qatılıb. Həmin dairə üzrə səsvermədə isə Azər Badamov qalib olub.